"Azərbaycanı uda bilmədik, indi qələbə qazanmağın vaxtı olduğunu düşünürəm"

“Beynəlxalq dərəcəli qarşılaşmalara kimlərin dəvət olunması yoldaşlıq görüşlərindəki çıxışlardan və nəticələrdən asılı olacaq”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Moldova millisinin müdafiəçisi İon Jardan deyib.

 

Moldova millisi cari ildə üçüncü yoldaşlıq görüşünü fevralın 26-da səfərdə Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək. Yanvarda Cənubi Koreya və Azərbaycanla qarşılaşan Aleksandr Spiridonun yetirmələri bu dəfə Ciddədə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar.

 

Bu matçla bağlı danışan oyunçu həm Azərbaycan, həm də Cənubi Koreya ilə matçları xatırlayıb: "Cənubi Koreya və Azərbaycandan sonra daha bir yoldaşlıq oyununda qüvvəmizi sınayacağıq. Bu günə qədər keçdiyimiz hazırlıq dönəmindən razıyam.

 

Komanda tam heyətlə məşq edir. Həm Cənubi Koreya, həm də Azərbaycanla görüşdə qələbə qazana bilməmişik.

 

Onlardan fərqli, artıq qələbə qazanmağın vaxtı olduğunu düşünürəm. Düzdü, bu, yoxlama oyunudu. Ancaq hər şey gənclərdən və təcrübəlilərdən asılıdı".  

 

Səudiyyə Ərəbistanı yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək. Yığma DÇ-2018-də Rusiya, Misir və Uruqvay komandaları ilə birlikdə A Qrupunda mübarizə aparacaq

Tarix: 23 Fevral 14:48    Oxunub: 257    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.