"Real" bu ulduzunu mövsümün sonunda transferə çıxaracaq

“Real” rəhbərliyi Qaret Beyllə bağlı yekun qərarı verib.

 

Sportinfo.az xəbər verir ki, “kral klubu” uelsli futbolçunu mövsümün sonunda transferə çıxaracaq.

 

“Marca”nın iddiasına görə, yekun qərar rəhbərliklə məşqçilər korpusunun birgə müzakirəsindən sonra qəbul edilib.

 

Qərar qəbul edilərkən bir neçə səbəb əsas götürülüb. Ən əsas səbəb isə Beylin zədəyə meyilli olmasıdı.

 

Uelsli “Real”da oynadığı müddətdə 25 dəfə zədələnib və buna görə 78 oyun buraxmalı olub. Beylin “Real”la qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Tarix: 23 Fevral 14:24    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.