"Düzünü deyim, eşitməmişəm, doğrudusa, ondan üzr istəyirəm"

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən “Atalanta” - “Borussiya” oyununda (1:1) Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayi xoşagəlməz halla üzləşib.

 

Sportinfo.az xəbər verir ki, matçın gedişində italyan azarkeşlər belçikalı forvardın ünvanına irqçi şüarlar səsləndiriblər.

 

Bu barədə futbolçu sosial mediadakı şəxsi hesabında məlumat verib. O, “2018-ci ildi və hələ də, tribunalarda irqçi meymun səsləri var... Doğrudan?” yazıb.

 

Oyundan sonra “Atalanta”nın prezidenti Antonio Perkassi azarkeşlərinin hərəkətinə görə üzr istəyib: “Düzünü deyim, səsləri eşitməmişəm. Doğrudusa, təəssüf edirəm. Batşuayidən üzr istəyirəm. Bu əsla olmamalıydı”.

Tarix: 23 Fevral 13:36    Oxunub: 188    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.