"Qarabağ"ın reytinqi düşdü

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, avrokuboklarda keçirilən 20 oyundan sonra siyahıda müəyyən dəyişikliklər olub.

 

Cədvəldə klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın da mövqeyi dəyişib. Ağdam klubu bir pillə geriləyib. 20.500 xalı olan "Qarabağ" eyni xala malik BATE (Belarus) və "Yanq Boyz"la (İsveçrə) birgə 70-ci pilləyə şərikdir.

 

Digər klublarımızın mövqeyi dəyişməyib. "Qəbələ" aktivindəki 5.250 xalla "Voyvodina" ilə 191-ci pilləni bölüşür.

 

"Neftçi", "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3.825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.

 

Son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 150,000 xala malik "Real" başçılıq edir.

Tarix: 23 Fevral 13:12    Oxunub: 149    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.