"Azərbaycan hazırda bizdən güclüdü, lakin onlara fikir vermirik"

"Əvvəlki iki oyunda yaxşı rəqiblərimiz var idi. Cənubi Koreya və Azərbaycan yığmaları hazırda Moldovadan güclüdürlər.

 

Lakin biz rəqiblərə fikir vermirik. Öz oyunumuzu formalaşdırmalı, bir çox dəyişikliklər etməliyik. Son iki yoldaşlıq görüşlərində oyunumuzdakı bəzi dəyişiklikləri görə bilərdiniz. Biz bu dəyişikliklərdən razı qaldıq".

 

Sportinfo.az xəbər verir ki, bunu Moldova milli komandasının baş məşqçisi Aleksandr Spiridon Səudiyyə Ərəbistanı ilə keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

 

Təcrübəli mütəxəssis oyundan-oyuna artırmalarından razı qalacağını bildirib: "Azərbaycanla matçla Cənubi Koreya ilə görüşə nəzərən daha yaxşı oynadıq. 3-4 qol imkanımız oldu.

 

Bu gün olsaydı, uşaqlar özlərini psixoloji cəhətdən daha inamlı hiss edərdilər. Ərəblərə qarşı da elə oynamaq istəyirik ki, qarşılaşmadan sonra hər birimiz razılıq ifadə edək və 3 xal üçün əlimizdən gələni etdiyimizi söyləyək".

 

Spiridon martda yoldaşlıq görüşü keçirməyə rəqib tapacaqları halda, bütün legionerlərə istisnasız olaraq, dəvət göndərəcəklərini də əlavə edib.

 

Yanvarın 27-də Türkiyənin Antalya bölgəsində keçirilmiş Azərbaycan - Moldova matçı qolsuz yekunlaşıb. Hazırda moldovalı legionerlərdən ikisi Azərbaycan klublarında çıxış edir. Bunlar "Zirə"nin yarımmüdafiəçisi Aleksandr Dedovla "Səbail"in hücumçusu Yevgeni Koçukdu.   

Tarix: 23 Fevral 12:36    Oxunub: 250    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.