“Neftçi”nin keçmiş baş məşqçisinin vəziyyəti ağırlaşdı

“Atamın vəziyyəti ağırlaşıb. Durumu yaxşı deyil”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Məşqçilər Komitəsinin üzvü, Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.

 

Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bir neçə gün öncə “Modern Hospital”a köçürülüb.

 

“Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunun getdikcə yaxşılaşacağı güman edilsə də, əksinə olub. Belə ki, təcrübəli məşqçinin vəziyyəti gündən-günə ağırlaşır

Tarix: 23 Fevral 00:20    Oxunub: 331    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.