Karyerası ərzində 163-cü dəfə çempionatda sarı vərəqə aldı

“Real”ın kapitanı Serxio Ramos antirekorda imza atıb.

 

Sportinfo.az xəbər verir ki, İspaniya La Liqasının 16-cı turundan təxirə salınmış oyunda “Leqanes”in qonağı olan Madrid təmsilçisinin müdafiəçisi karyerası ərzində ölkə çempionatında 163-cü dəfə sarı vərəqə alıb.

 

Bu, La Liqada rekord göstəricidi. Bundan öncəki rekord “Ximnastik”in üzvü Alberto Lopoya məxsus idi (162).

 

Ramos həm də, çempionatda ən çox qırmızı vərəqə görmüş futbolçudu (19 dəfə). “Real”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan matçda Serxio Ramos 1 qola da imza atıb.

Tarix: 23 Fevral 00:00    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.