"Transfer vaxtı bizi aldatdılar"

Rumıniya futbolunun əfsanəsi George Hacı İtaliyanın “Fiorentina” klubunu sərt tənqid edib.

 

Sportinfo.az xəbər verir ki, Hacı Florensiya təmsilçisini oğlu İanisə şans verməməklə, onun inkişafına əngəl olmaqda ittiham edib:

 

“Fiorentina” transfer müddətində bizi aldatdı. Oğlumun gələcəkdə Françesko Totti ilə müqayisə ediləcəyini dedilər. Ancaq onlar oğlumun inkişafına heç bir şərait yaratmadılar.

 

Baxmayaraq ki, gənclər komandasında çox yaxşı təsir bağışlamışdı və hamı onun əsas komandaya cəlb edilməsinin tərəfdarı idi.

 

Şans qazanmadığına görə xoşbəxt olmadığını dedikdə isə onu cəzalandırdılar. O, gələcəkdə “qızıl top” uğrunda mübarizə aparacaq oyunçudu.

 

İdman direktoru Pantaleo Korvino orda nə istəsə edir. O, general Çauşeskudan (Rumıniyanın sabiq rəhbəri Nikolae Çauşesku) da betər diktatordu. “Fiorentina”nın 100 milyon avro büdcəsi olsa da, komanda 11-ci pillədə qərarlaşıb”.

 

Hacı hazırda Rumıniyanın “Vitorul” komandasını çalışdırır. Əfsanəvi futbolçu “Fiorentina”da şans qazanmayan oğlunu qış fasiləsində, 2 milyon avro qarşılığında öz komandasına gətirib.

Tarix: 22 Fevral 21:00    Oxunub: 454    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.