Mourinyo dünya çempionatında şərhçilik edəcək

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Rusiyada təşkil ediləcək dünya çempionatı zamanı heç də tam istirahət etməyəcək.

 

Sportinfo.az xəbər verir ki, o, özünü yeni sahədə sınayacaq.

 

Portuqaliyalı mütəxəssis yayda keçiriləcək mundial zamanı şərhçi kimi fəaliyyət göstərəcək. "Qırmızı şeytanlar"ın baş məşqçisi adı açıqlanmayan telekanalların birində məharətini göstərəcək.

 

Ancaq Mourinyo bütün çempionat boyunca yox, sadəcə, bir oyunu şərh edəcək. DÇ-2018-in final mərhələsi 14 iyun - 15 iyul aralığında keçiriləcək. 

Tarix: 22 Fevral 20:48    Oxunub: 165    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.