"Qarabağ" keçmiş SSRİ-nin ən yaxşı 10 klubundan biri seçildi

Keçmiş SSRİ-nin ən yaxşı klublarının siyahısı müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, postsovet məkanı təmsilçilərinin UEFA reytinqinə uyğun tərtib olunan cədvəldə Azərbaycan komandası da yer alıb.

 

Son illərin dəyişməz ölkə çempionu “Qarabağ” MDB və Baltikyanı ölkələrin klubları arasında 8-ci göstəriciyə malikdi.

 

Qurban Qurbanovun yetirmələri Moskva “Lokomotiv”i və BATE ilə bu mövqeyə şərikdi. Hər üç komandanın hesabında 20,500 xal var.

 

Siyahıya Ukrayna “Şaxtyor”u başçılıq edir. Donetsk klubunun 81 xalı var. Rusiya “Zenit”i 2-ci, Kiyev “Dinamo”su 3-cüdü.

 

Postsovet məkanının 10 ən yaxşısı arasında yalnız 5 ölkənin təmsilçisi düşüb. Rusiya 4, Ukrayna 3, Belarus, Qazaxıstan və Azərbaycanın 1 komandası “onluq”da yer alıb (apasport).

 

MDB və Baltikyanı ölkələrin 10 ən yaxşı klubu

1. “Şaxtyor” (Ukrayna) – 81,000

2. “Zenit” (Rusiya) – 75,000

3. “Dinamo” (Kiyev, Ukrayna) – 60,000

4. MOİK (Rusiya) – 41,000

5. “Dnepr” (Ukrayna) – 34,000

6. “Krasnodar” (Rusiya) – 23,500

7. “Astana” (Qazaxıstan) – 20,750

8-10. “Qarabağ” (Azərbaycan) – 20,500

BATE (Belarus) – 20,500

“Lokomotiv” (Rusiya) – 20,500

Tarix: 22 Fevral 19:36    Oxunub: 420    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.