"Xəzər"in məğlubiyyəti Əliyevi qovulmaqdan qurtardı

Bu gün I Divizionda 16-cı tura start verilib.


Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

 

Hər iki oyunda qələbəni meydan sahibləri bayram edib. “Zaqatala” “Mil-Muğan”ı, “Binə” isə “Xəzər”i məğlub yola salıb.


Bu, «Zaqatala»nın cari mövsümdə ikinci qələbəsi idi. Şaban Şirdanovla vidalaşıb, baş məşqçi postuna Rüstəm Məmmədovu gətirən şimallıları Cavad Kazımovun dublu sevindirib.

 

Məhəmməd Bədəlbəyli isə İsmayıl Əliyevi qurtarıb. «Binə bu görüşdə uduzsaydı, rəhbərlik «Neftçi»dən dəvət etdiyi mütəxəssislə yolları ayıracaqdı.

 

Çünki «Şüvəlan»a uduzan sonra başda Emin Cəfərquldiyev olmaqla, bir qrup futbolçu ondan şikayətlənib, hazırlıq prosesini düzgün keçmədiyini və taktiki savadının olmadığını bildirib.


Zaqatala - Mil-Muğan 2:0
Qol:
Cavad Kazımov, 30; 36.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, İsgəndər Əliyev, Namiq Bəkirov
Zaqatala. Şəhər stadionu, 15:00.

 

Binə - Xəzər 1:0
Qol:
Məhəmməd Bədəlbəyli, 16.
Hakimlər: Elvin Əsgərov, Roman Vasilyev, Ruslan Babayev, Ramiz Məhərrəmov
Binə. Qəsəbə stadionu, 15:00.

 

Tarix: 22 Fevral 18:48    Oxunub: 586    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.