Avropanın nəhəng klublarına Poqbanın xidmətini təklif etdi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komandadan ayrıla bilər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Sports İllustrated” jurnalı yayıb.

 

Xəbərdə fransalı futbolçunun meneceri Mino Rayolanın Avropanın nəhəng klublarına Poqbanın xidmətini təklif etdiyi vurğulanıb.

 

Fransa millisinin üzvünün mankunianlardan ayrılmaq fikrinə düşməsinə səbəb kimi isə onun son vaxtlar komandanın baş məşqçisi Joze Mourinyo ilə problem yaşaması göstərilib.

 

Poqba 2016-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyur. O, “Yuventus”dan 105 milyon avro qarşılığında transfer edilib.

Tarix: 22 Fevral 18:24    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.