Klub sahibi: "Mənim çirkli pullara ehtiyacım yoxdu"

«Bəzi mətbuat orqanları «Binə»nin adını mütəmadi olaraq danışılmış oyunlarda hallandırır» «Binə»nin prezidenti Teymur Həsənli Sportinfo.az-a açıqlamasında belə deyib. 


O, başçılıq etdiyi klubla bağlı istənilən araşdırmaya hazır olduğunu bildirib:

 

«Mən «Binə»ni oyun «alver»ində ittiham edənləri başa düşə bilmirəm. Əlinizdə hansısa fakt varsa, onu çıxarın üzə. Belə etsəz, bizə də yaxşılıq etmiş olarsız.

 

Bizim necə insan olduğumuzu çox adam yaxşı bilir. Mənim çirkli pullara ehtiyacım yoxdu. Klubumuzun adına qara yaxanları məhkəməyə verməyəcəm.

 

Bunun üçün hüquq-mühafizə orqanları, AFFA və Peşəkar Futbol Liqası var. Onsuz da, bu məsələlər onların daimi nəzarəti altındadı və şübhəli oyunların hamısını araşdırırlar.

 

İndiyədək «Binə» ilə bağlı mənfi bir kəlmə deməyiblər. Belə söz-söhbətlər məni ruhdan salmır, sadəcə, ürəyimi bulandırır.

 

Binənin tarixində ilk peşəkar klubu biz yaratmışıq. Təşkilati məsələlərdə kömək edən olsa, böyük infrastruktur qurarıq. Baza, stadion, otel tikərik, uşaq futboluna qayğını artırarıq.

 

«Binə» futbolda ilk addımlarını atır, indidən görürəm ki, əgər bu gün haqqımızda benlə yalanlar uydururlarsa, görün, sabah nələr yazacaqlar! Bizim kimi futbolu ürəkdən sevən insanlara, gənclərə kömək etmək lazımdı, bu cür şayiələr yaymaq yox!».

Tarix: 22 Fevral 18:12    Oxunub: 625    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.