AFFA millinin hansı futbolçularına xaricdə klub axtarır?

«Millimizin daha bir neçə futbolçusu legioner həyatı yaşaya bilər» - bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın seleksiya işləri üzrə baş əlaqələndiricisi Riad Rəfiyev deyib.


Ramil Şeydayev, Elnur Cəfərov,  Emin Mahmudov kimi yığma üzvlərinin xarici klublara yollanmasına yardımçı olmuş federasiya rəsmisi bildirib ki, bu yöndə işlər davam etdirilir:

 

«AFFA olaraq istəyirik ki, daha çox azərbaycanlı futbolçu ölkə xaricinə çıxsın. Hazırda bəzi ölkələrin klubları ilə danışıqlar gedir.

 

Amma hələlik onların adlarını çəkə bilmərəm. Gəlin, mayı gözləyək. Legioner həyatı yaşamaq şansı olan futbolçuların məsələsinə həmin vaxtdan tez aydınlıq gəlməyəcək.

 

Çünki hələ mövsüm başa çatmayıb, onların isə klubları ilə müqavilələri var. Bu mənada, mənim ad çəkməyim düzgün deyil. Digər tərəfdən, danışıqlar hzələ konkretləşməyib. Qısaca onu deyə bilərəm ki, müəyyən işlər görülür».

Tarix: 22 Fevral 17:12    Oxunub: 650    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.