"Düzdü, xeyli danışıqlar aparmışıq, razılaşma əldə olunmayıb"

Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Barselona” “Qremio”nun yarımmüdafiəçisi Artur Enrike Melonun transferini razılaşdırıb.

 

Sportinfo.az xəbər verir ki, “Qremio”nun prezidenti Romildo Bolzan məsələ ilə bağlı açıqlama verib.

 

O, məlumatı təkzib edərək, razılaşma əldə olunmadığını bildirib: “Razılaşma əldə olunmayıb. Düzdü, xeyli danışıqlar aparmışıq, ancaq hər şeyin həll olunduğunu demək tezdi”.

 

Məlumatda bildirilirdi ki, “Barselona” Arturun transferi üçün 30 milyon avro ödəyəcək. Daha 10 milyon avro isə bonus şəklində veriləcək. 21 yaşlı futbolçunun “Barsa”ya 2019-cu ildə qoşulacağı deyilirdi.

Tarix: 22 Fevral 17:00    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.