Leonel Messi "Qarabağ"ın futbolçusuna həsəd aparır

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasında (ÇL) şəxsi göstəriricilərini yaxşılaşdırıb.

 

Sportinfo.az xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu Avropanın ən nüfuzzlu klub turnirində ilk dəfə "Çelsi"yə qol vurub.

 

O, bunu 1/8 final mərhələsinin ilk oyununda - Londondakı qarşılaşmanın 75-ci dəqiqəsində  hesabı 1:1 etməklə reallaşdırıb. Halbuki, Lionel bunadək "Çelsi" ilə ÇL-də 8 matçda onun qapısına yol tapa bilməmişdi. 

 

Bununla da Messi qol vura bilmədiyi komandaların sayını azaldıb. Hazırda Lionel üçün 6 belə rəqib  var ki, onları məyus edə bilməyib.

 

Bunlar üçün vaxt baxımından ən uzunmüddətli Madrid "Altetiko"sudu - 360 dəqiqə. Sıralamada sonra “İnter” (İtaliya, 270 dəqiqə), “Rubin” (Rusiya, 237 dəqiqə), “Liverpul” (İngiltərə, 180 dəqiqə), “Benfika” (Portuqaliya, 122 dəqiqə) və “Udineze” (İtaliya, 70 dəqiqə) gəlir. 


"Qarabağ"ın ispaniyalı futbolçusu Migel Madera dünya şöhrətli həmkarından fərlqi olaraq "Atletiko"ya ÇL-də qol vura bilib. Bu, Madriddə 1:1 hesabı ilə nəticələnən matçda başla olub. 

Tarix: 22 Fevral 16:36    Oxunub: 568    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.