"Hörmətimi itirmədim, böyük bir komandanın baş məşqçisinə yaraşan hərəkət etdim"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolaya ilişib.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bir müddət öncə “şəhərlilər”in ölkə kubokunda “Viqan”a uduzduqdan sonra yaşanan mübahisəni xatırladaraq, özünün və komandasının məğlub olanda da ləyaqətlə hərəkət etdiyini deyib:

 

“Liqa kubokunda aşağı liqada mübarizə aparan komandaya (Bristol Siti) uduzduq. Lakin “Mançester Yunayted”in baş məşqçisi kimi deyə bilərəm ki, uduzanda da böyük bir komandanın baş məşqçisinə yaraşan şəkildə hərəkət etdim. Hörmətimi itirmədim. Məğlubiyyətdə belə, böyük komanda kimiydik”.

 

“Mançester Siti” “Viqan”a uduzduqdan sonra (0:1) meydanda ara qarışmış, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola da qalmaqalın iştirakçılarından biri olmuşdu.

Tarix: 22 Fevral 16:00    Oxunub: 220    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.