"Neftçi"nin yeni prezidenti haqda çox maraqlı iddia: … "razılıq verməzdi"

«Heç kimə sirr deyil ki, o, necə çətin bir işin məsuliyyətini öz üzərinə götürüb».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında müvəqqəti olaraq «Sumqayıt»ın prezidenti səlahiyyətini yerinə yetirən Vaqif Ömərov deyib.


Müsahib  7 il bərabər çalışdığı Kamran Quliyevin «Neftçi»ni hazırkı vəziyyətdən çıxaracağına əmin olduğunu bildirib:

 

«O. futbola yeni gəlməyib. İllərlə «Sumqayıt»da çalışıb, böyük təcrübə toplayıb. Mən ona möhkəm cansağlığı və işlərində böyük-böyük uğurlar arzulayıram.

 

İnanıram ki, Kamran müəllim son illəri uğursuz keçirmiş «Neftçi»ni ayağa qaldıracaq. Bu güc və əzm onda var. İradəli insandı. Əlbəttə, asan olmayacaq. Amma mən onu yaxşı tanıyıram. İşküzarlığına bələdəm. İşin çətinliyindən ehtiyatlanan deyil.

 

Gecə-gündüz klubu üçün çalışan prezidentdi. Həqiqətən də «Neftçi»yə belə bir rəhbər lazım idi. Çünki Azərbaycan futbolunun yaradıcısı «Neftçi»div ə hara gedirsək gedək, bu klubu tanıyırlar. Böyük keçmişi və ənənələri var.

 

Başqa klubları «Neftçi» ilə müqayisə etmək olmaz.  Kamran müəllimin müsbət keyfiyyətləri çoxdu. Onlardan biri də işində məsuliyyətli olması və bütün işçilərə diqqət göstərməsi, maraqlanmasıdı. O, «Neftçi»ni dirçəldəcəyini bilməsəydi, özündə həmin enerjini hiss etməsəydi, yəqin ki, razılıq verməzdi.

 

Mən çox istərdim ki, «Sumqayıt»da qalsın. Çünki bu klubun yaradıcılarından biridi, çox əziyyət çəkib. Ona vaxt vermək lazımdı ki, «Neftçi»ni keçmiş günlərinə qaytarsın. Qətiyyən şübhə etmirəm ki, o, bunu bacaracaq».

Tarix: 22 Fevral 15:36    Oxunub: 638    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.