"Bu atmosferi yarada bilsələr, bizə yalnız qələbə qazanmaq qalacaq"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında “Sevilya” ilə keçirilən ilk oyundan (0:0) sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Mourinyo “Old Trafford”da fərqli qarşılaşmanın olacağını bildirib.

 

O, doğma meydanda fanatlara arxalanacaqlarını vurğulayıb: “Old Trafford”da çoxdandı ki, böyük avrokubok gecəsi olmayıb. Düzdü, biz ötən mövsüm Avropa Liqasının 1/4 və yarımfinalında oynamışıq. Ancaq Avropa Liqası ÇL deyil.

 

Cavab qarşılaşmasında azarkeşlərimizə arxalanacağıq. Əgər “Old Trafford”da fanatlar bu gün “Sevilya”nın azarkeşlərinin yaratdığı atmosferi yarada bilsələr, bizə yalnız qələbə qazanmaq qalacaq. Fanatlarımız bizi irəli qovmalıdılar”.

Tarix: 22 Fevral 15:24    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.