Dövlətin yaratdığı qurum bu stadtona maya buraxacaq

«İnter Arena» mayda təmirə bağlanacaq.

 

Sportinfo.az-ın məlumatına görə, idman qurğusunu öz balansına keçirən “Azərbaycan Sənaye Korporasiyası”nın, o cümlədən, ”Aqrarkredit”in nümayəndə heyəti bazada olub, şəraiti öyrənib.

 

Qərara alınıb ki, əsas meydançanın süni ot örtüyü yenilənməlidi. Qazonun sıradan çıxmasını mütəxəssislərın raportunda öz əksini tapıb.

 

Ümumi razılığa əsasən, süni sahə təbi çimlə əvəzlənəcək. Bu işlərə isə mayın son ongünlüyündə, yəni, mövsüm başa çatan kimi başlanılması planlaşdırılıb. 

 

Sözügedən meydança sonuncu dəfə 2012-ci ildə dəyişdirilib. İstifadə müddəti isə 2016-cı ilin yayında başa çatıb. 400 min avroya başa gələn üçulduzlu, vaxtı keçmiş qazon UEFA tərəfindən qəbul olunmayıb.

 

Odu ki, «Keşlə» Avropa Liqasında ev oyunlarını «İnter Arena»da deyil, Mərdəkanda yerləşən «Dalğa Arena»da qəbul etdi. 

 

«Keşlə» cari mövsümü də «Dalğa Arena»da keçirməli idi. Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyələşdirməkdən imtina etdiyi klubu AFFA qəyyumluğa gtürəndən sonra belə bir vəziyyət yaranmışdı.
 
ABB-nın problemli kredit portfelinə nəzarəti əlinə götürən “Aqrarkredit” «İnter Arena»nı adını dəyişən Premyer Liqa təmsilçisinə vermədi. 39 milyon manatlıq məlum borc qalmaqalına görə.
 
Federasiya şəhərin mərkəzində yerləşən qurğunu itirmək üzrə olan «Keşlə»ni Mərdəkana – özünün mili komandalar üçün tikdiyi arenaya yerləşdirməyə hazır idi ki, Rövnəq Abdullayevin “Aqrarkredit”lə apardığı son danışıqlar durumu yenidən dəyişdirdi: klub «İnter Arena»ya qaytarıldı. 

 

Ama müəyyən şərtlər və məhdudiyyətlərlə. «Keşlə» hazırda bir növ icarədardı. Kompleksin nəzdindəki otel və sağlamlıq mərkəzindən gəlirdən onlara nəsə çatmır. «Azfar»ın uzunmüddətli icarəyə götürdüyü üstübağlı manejlərin pulu da “Aqrarkredit”ə çatır. «Keşlə» istifadə etdiyi işıq, qaz və suyunu pulunu öyrıca ödəyir.

 

Bir sözlə, bu infrastruktur «Keşlə»nin deyil, “Aqrarkredit” buranı “Azərbaycan Sənaye Korporasiyası”na verib. Müvəqqəti olaraq. Sözügedən Açıq Səhmdar Cəmiyyət ötən il noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanıyla yaradılıb. 

Tarix: 22 Fevral 14:48    Oxunub: 419    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.