"Məni təcili transfer etmək istəyirdilər, pul hər şey deyil"

Qış fasiləsində “Arsenal”dan “Çelsi”yə keçən Olivye Jiru “zadəganlar”a keçidi barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, “Çelsi” ilə 1,5 illik müqavilə bağlayan Jiru burda illik 7 milyon avro qazanacaq.

 

Fransalı hücumçu İngiltərə mətbuatına açıqlamasında “Çelsi” ilə eyni vaxtda onun xidmətində maraqlı olan Dortmund “Borussiya”sının şərtlərinin daha sərfəli olduğunu, lakin Londonda qalmağa qərar verdiyini deyib:

 

“Borussiya”nın təklifi maddi baxımdan daha yaxşı idi. Ora getmək ən asanı olardı. Bu zaman həm Dortmund klubu, həm də “Arsenal” razı qalacaqdı.

 

Məni təcili transfer etmək istəyirdilər. Ancaq “Çelsi”nin təklif etdiyi müqavilə daha yaxşı idi. Üstəlik, “Çelsi”yə transferim qalıcıdı. “Borussiya”ya isə icarəyə gedəcəkdim.

 

Ora getsəm, heç nə dəyişməyəcəkdi. Pul hər şey deyil. Üçüncü uşağım yenicə dünyaya gəlib. Onu 4 ay görməmək necə duyğudu, düşünmək belə istəmirəm”.

Tarix: 22 Fevral 13:36    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.