"Qarabağ"ın təklif göndərdiyi 1,2 milyon avroluq hücumçunun adı bizdə!

Dino Ndlovunu Çinə satan,  Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubundan Xama Billiatı almaqdan imtina edən «Qarabağ»ın transfer etmək istədiyi hücumçunun adı artıq məlumdu.

 

Sportinfo.az-ın məlumatına görə, Azərbaycan çempionu hazırda «Srvena Zvezda»nın şərəfini qoruyan Ben Nobuhana rəsmi təklif göndərib.

 

2014-cü ildə Komor adaları yığmasına dəvət alan və bu müddətdə çıxdığı 12 oyunda 4 qol vuran forvard 28 yaşındadı. O, Serbiyaya ötən ay Yunanıstadan gəlib.

 

Nobuhanı 2015-ci ildə «Veria»dan heyətinə qatan «Olimpiakos» onu əvvəlcə «Levadiakos»a, daha sonra «Panionis»ə icarəyə verib.

 

«Srvena Zvezda» ötən mövsüm Yunanıstan Super Liqasında 9 qol vuran hücumçunun transfer hüququna yiyələnmək üçün «Olimpiakos»a 200 min avro ödəyib.

 

Futbolçunun özü 2,5 illik müqavilə qarşılığında 1,2 milyon avro əldə edəcək. Dünən Avıropa Liqasının 1/16 final mərhələsi çərçivəsində ÇSKA-ya (Moskva) uduzaraq mübarizəni dayandıran Belqrad klubuna 300 min təzminat ödəməyi təklif edən «Qarabağ» Nobuhaya illik 600 min avro xərcləməyə hazırdı.

 

Serbiya təmsilçisi isə yeni qolçusunu yayda Çinə satacağına ümidlidi. Əgər həmin vaxtadək 1 milyon avrodan yuxarı təklif gəlməsə, «Qarabağ»ın irəli sürdüyü şərtlər nəzərdən keçiriləcək.

Tarix: 22 Fevral 13:12    Oxunub: 854    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.