“Düzünü deyim, Qattuzonun “Milan”ın baş məşqçisi olacağını bilirdim"

“Milan”ın sabiq baş məşqçisi Karlo Ançelotti son vaxtlar bu klubun “sükanı arxasında” uğurlu nəticələr qazanan sabiq yetirməsi Cennaro Qattuzo barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis “La Qazetta dello Sport”a açıqlamasında sabiq yetirməsi barədə xoş sözlər deyib:

 

“Düzünü deyim, Qattuzonun “Milan”ın baş məşqçisi olacağını bilirdim. Qattuzoya baxanda, dahi bir lider görürəm.

 

“Milan”ın ruhunu əks etdirən biridi. İşləri qaydasına salmaq bəzən illər tələb edir, lakin Qattuzo bunu sadəcə, bir aya bacardı”.

 

Qattuzo 2001-2009-cu illər aralığında “Milan”da Ançelottinin rəhbərliyi altında çıxış edib. Gənc mütəxəssisin rəhbərlik etdiyi “rossonyerlər” İtaliya A seriyasının 25 turundan sonra 41 xalla 7-ci pillədə qərarlaşıb.

Tarix: 22 Fevral 13:00    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.