“Sumqayıt”: U-19 “Zirə”ni, U-17 “Mil Muğan”ı məğlub etdi

AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın U-19 komandası “Kapital Bank Arena”da “Zirə”ni sınağa çəkib.

 

Aqil Məmmədovun yetirmələri meydandan 5:0 hesablı qələbə ilə ayrılıb. Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət komandamız “Kapital Bank Arena”da “Mil Muğan”ı qəbul edib.

 

Görüş Vüqar Quliyevin komandasının 8:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. İbrahim Novruzovun poker etdiyi qarşılaşmada Cəlal Cəbrayılov, Fərhad Salamzadə, Kənan Əşrəfli və Said Əliyev hərəyə 1 dəfə İmişli təmsilçisinin qapısına yol tapıb.

U-19 Liqası 
“Sumqayıt” – “Zirə” 5:0
Qollar:
 Nazim Bağırov (2), Asəf Əliyev, Cavid Quliyev, Xəzər Mahmudov

U-17 Liqası
“Sumqayıt” – “Mil Muğan” 8:0
Qollar:
 İbrahim Novruzov (4), Cəlal Cəbrayılov, Fərhad Salamzadə, Said Əliyev, Kənan Əşrəfli.

Tarix: 22 Fevral 12:48    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.