İslamiadanın daha bir mükafatçısında dopinq aşkarlandı

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

 

Sportinfo.az xəbər verir ki, bu, Yekaterina Sarıyevadı. 

 

Atletika üzrə Azərbaycan millisinin üzvü bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

 

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb.

 

Yekaterina Sarıyeva üçtəkanla tullanmada İndoneziyada keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında qızıl, ölkəmizdə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

 

Xatırladaq ki, daha əvvəl Azərbaycanın beş idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb. Bunlar bodibildinqçilər – Kənan Cəlilov, Fövqi Əfəndiyev, Adil Rzayev, güləşçi Ruhin Mikayılov və həndbolçu Səbinə Nuriyevadır. Bunlardan Nuriyeva həndbol millimizin qapıçısı kimi ötən il İslamiadanın qızıl medalını qazanıb.

Tarix: 22 Fevral 12:00    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.