“Qırmızı meydan"da “Putin, hardasan” deyə zarafat etdi - VİDEO

Avropa Liqasının 1/16 final mərhələsinin “Lokomotiv”lə cavab oyunu üçün Rusiyanın paytaxtı Moskvada olan “Nitsa”nın hücumçusu Mario Balotelli yenə diqqət mərkəzinə düşüb. 

 

Sportinfo.az xəbər verir ki, “Super Mario” “Qırmızı meydan"da gəzintidə olarkən “Putin, hardasan” deyə zarafat edib.

 

O, bu anı şəxsi “instaqram” səhifəsində də paylaşıb. Hücumçu bu sözləri komanda yoldaşlarından birinin ərazidəki binalardan birini göstərərək “Putin burdadı” sözlərindən sonra deyib.

 

Balotellinin zarafatı komanda yoldaşlarının gülüşünə səbəb olub. “Lokomotiv” - “Nitsa” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Bu komandalar arasında Fransada baş tutmuş ilk qarşılaşmada Moskva təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Həmin oyunda “Nitsa”nın hər iki qoluna Balotelli imza atıb.

 

Tarix: 22 Fevral 10:24    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.