"Neftçi" çox ağır bir klubdu

İdman direktoru hər bir klub üçün ən strateji vəzifədi.

 

Almaniyada klublar var ki, sponsorlar dəyişilsə belə, idman direktorları uzun illər toxunulmaz qalır.

 

Uzun müddət "Neftçi"də bu post boş idi. Hə, arada bu vəzifə Vəli Qasımova həvalə olundu. Ancaq boş kreslo belə Qasımov kimi "mütəxəssisdən" klub üçün daha faydalıdı...

 

Dəfələrlə qeyd olunub ki, Azərbaycan futbolunun ən böyük problemi idarəçiliklə bağlıdı. Hər güclü futbolçudan savadlı məşqçi/idarəçi olmur.

 

Bu mənada Ceyhun Sultanov çox fərqlənir. Savadlı, futbolu bilən keçmiş oyunçulara böyük ehtiyacımız var. Məhz onun gəlişindən sonra "Sumqayıt" autsayder statusu ilə vidallaşdı.

 

Sultanovu şəxsən tanıyan birisi kimi ümid edirəm ki, o yeni işində də uğurlu olacaq. "Neftçi" çox ağır bir klubdur...İdarəçisi paytaxtın Səbail rayonundan göndərilir, baş məşqçisi - Nizami rayonundan və s.

 

Ceyhunu təbrik edirəm və yeni vezifəsində müvəfəqiyyətlər arzu edirəm! Uğurlu olsa, bu, bütöv Azərbaycan futbolunun uğuru sayılacaq...

 

Erkin İbrahimov

Tarix: 22 Fevral 11:00    Oxunub: 392    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.