Azərbaycanlı avtoritet dünya çempionatını izləyə bilməyəcək

Bu yay Rusiyada keçiriləcək dünya çempionatı öncəsi təhlükəsizliyi təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən “qanuni oğrulara” qarşı əməliyyatlar başlayıb.

 

Sportinfo.az xəbər verir ki, bu məqsədlə onların Rusiyadan deportasiya edilməsinə start verilib.

 

Məlumata görə, 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana yola salınacaq. Bir müddət öncə isə Baçuka Paçuliya Gürcüstana, Dadaş Bakılı isə Azərbaycana deportasiya edilib.

 

Hazırda Rusiyada 432 “qanuni oğru” fəaliyyət göstərir. Onlardan 318 nəfəri azadlıqda, 114-ü həbsdə, 31 istintaq altında, 19-u isə axtarışdadır.

 

“Kriminal avtoritetlər” arasında daha çox Gürcüstan vətəndaşı var - 242 nəfər. Onlar arasında ruslar (51), ermənilər (30), yezidilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) də var.

Tarix: 22 Fevral 08:36    Oxunub: 293    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.