Lionel Messinin qol vura bilmədiyi klubların siyahısı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Çelsi”nin qapısına yol tapan “Barselona”nın hücumçusu Lionel Messi şəxsi göstəricisini yaxşılaşdırıb.

 

Sportinfo.az xəbər verir ki, London klubu ilə görüşün 75-ci dəqiqəsində fərqlənən argentinalı Çempionlar Liqasında qarşılaşdığı, ancaq qol vura bilmədiyi komandaların sayını azaldıb.

 

Hazırda 6 klub var ki, Messi onları məyus edə bilməyib: “Çelsi” ilə görüşdə fərqlənərək, komandasını məğlubiyyətdən xilas edən Messi bundan əvvəlki 8 oyunda London klubunun qapısına yol tapa bilməyib.

 

“Udineze” (İtaliya, 70 dəqiqə)
“Benfika” (Portuqaliya, 122 dəqiqə)
“Liverpul” (İngiltərə, 180 dəqiqə)
“Rubin” (Rusiya, 237 dəqiqə)
“İnter” (İtaliya, 270 dəqiqə)
“Atletiko” (İspaniya, 360 dəqiqə)

Tarix: 22 Fevral 08:12    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.