“Qəbələ” "Neftçi"dən 3 xal aldı, “Kəpəz”ə 4 cavabsız qol vurdu

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası lideri olduğu Gənclər Liqasında növbəti qələbəsini qazanıb.

 

“Qırmızı-qaralar” bu gün baş tutan ev oyununda “Neftçi”dən 3 xal alıb – 1:0. 15 matçda 41 xal toplayan “Qəbələ” çempionatın turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

 

Öz meydanında “Kəpəz”lə qarşılaşan U-17 isə böyükhesablı qələbəyə sevinib – 4:0. 21 görüşdə 54 xal yığan komanda yarışın lideridi. 

 

U-16 səfərdə “Neftçi”nin qonağı olub. 1:0 hesablı qələbə qazanan “Qəbələ” 17 matçdan sonra 43 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. 

 

“Sumqayıt”la səfərdə görüşən U-15 də turu qələbə ilə başa vurub. 2:1 hesabı ilə qalib gələn “Qəbələ” 17 görüşdə 46 xal toplayıb. “Qırmızı-qaralar” çempionatın vahid lideridi.

Tarix: 22 Fevral 00:40    Oxunub: 205    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.