Ali Məhkəmə Əhmədovla bağlı şikayəti təmin etmədi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən futbolçu Maşallah Əhmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmiş tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

 

Sportinfo.az xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, hökm dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb. İş üzrə zərərçəkmiş şəxs Yusif Əzizov M.Əhmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

 

O, M. Əhmədovun ona vurduğu külli miqdarda zərəri tam ödəmədiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının 2 ilə endirilməsinə etiraz edib.

 

Zərərçəkmiş bildirib ki, ibtidai istintaq mərhələsində M. Əhmədov vurulan ziyandan 11 min manat, Apellyasiya Məhkəməsi vaxtı isə 32 min manat ödəyib. Y. Əzizov 300 min manat məbləğində mülki iddia qaldırdığını deyib.

 

Dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov ötən il oktyabrın 7-də cəzasının 3/4 hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

İttihama görə, M. Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.

Tarix: 22 Fevral 00:20    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.