Tez-tez siqaret çəkən baş məşqçi üçün paltardəyişmə otağında kabinə quraşdırıldı

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda sabah “Napoli”ni qəbul edəcək “Leyptsiq” rəqibin baş məşqçisi Maurisio Sarriyə maraqlı jest edib.

 

Sportinfo.az xəbər verir ki, oyunlar zamanı tez-tez siqaret çəkən 59 yaşlı mütəxəssis üçün paltardəyişmə otağında kabinə quraşdırılıb.

 

“Leyptsiq”in bu jesti Avropada geniş müzakirələrə səbəb olub. “Leyptsiq” - “Napoli” oyunu sabah saat 22:00-da başlayacaq.

 

Bu komandalar arasında Neapolda keçirilmiş ilk matç “öküzlər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix: 22 Fevral 00:00    Oxunub: 220    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.