“Barsa”dan getməsindən çox qorxuram, bunu qətiyyən istəmirəm"

“Barselona”nın futbolçusu İvan Rakitiç komandanın kapitanı Andres İnyesta barədə danışıb

 

Sportinfo.az xəbər verir ki, Rakitiç İnyestanın komandadakı rolunu yüksək qiymətləndirib. O, İnyestanı başqa komandada görmək istəmədiyini də bildirib:

 

“İnyestanın “Barsa”dan getməsindən çox qorxuram. Bunu qətiyyən istəmirəm. Biz İnyesta ilə həm meydanda, həm də meydandan kənarda xüsusi anlar yaşayırıq.

 

O, mənim üçün xüsusi insan, əsl dostdu. Allah elə etsin ki, o, bundan sonra da uzun illər “Barsa”nın şərəfini qorusun.

 

Görürəm ki, İnyesta indi də futboldan zövq alır. O, ürəyini dinləyərək qərar verəcək. Mən isə onu daim dəstəkləyəcəm”.

Tarix: 20 Fevral 21:00    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.