İspaniya mətbuatı "Qarabağ"ın atmacasından yazdı

"Qarabağ"ın rəsmi sosial şəbəkə hesablarında Ağdam klubunun Çempionlar Liqasındakı keçmiş rəqibləri "Atletiko" və "Kopenhagen"in Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gəlməsiylə bağlı paylaşımı İspaniya mediasının da diqqətindən yayınmayıb.

 

Sportinfo.az xəbər verir ki, "El Mundo Deportivo", "Ok Diario", "Marca" kimi ünlü mətbu orqanlar buna xüsusi yer ayırıblar.

 

Pireney ölkəsinin mediasında Ağdam klubunun sosial şəbəkə hesablarındakı paylaşımı "troll", "məzə" kimi qiymətləndirilib.

 

"Qarabağ" bu mövsüm Çempionlar Liqasının pley-offunda səfərdə vurulan qolla "Kopenhagen" səddini aşaraq (1:0, 1:2), ölkə futbolu tarixində ilk dəfə qrup mərhələsinə düşdü.

 

Ağdam təmsilçisi qrup mərhələsində "Atletiko" ilə iki heç-heçə edib (0:0, 1:1), komandanın turnirdə 1/8 finala yüksəlməməsinə səbəb olmuşdu.

 

Bu faktlardan istifadə edən "Qarabağ"ın SMM qrupu sosial şəbəkə hesabları vasitəsilə kreçmiş rəqiblərinə ilişmişdi.

 

Onu da əlavə edək ki, dünən gecə keçirilən "Kopenhagen" - "Atletiko" matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.

Tarix: 20 Fevral 19:48    Oxunub: 356    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.