52 yaşlı mütəxəssislə 2019-cu ilin yayına kimi müqavilə bağlandı

Bundesliqa təmsilçisi “Volfsburq”un baş məşqçisi Martin Şmidtin istefa verməsi barədə məlumat vermişdik.

 

Sportinfo.az xəbər verir ki, artıq “canavarlar”ın yeni çalışdırıcısının adına da aydınlıq gəlib.

 

Komandanı bundan sonra Bruno Labbadia çalışdıracaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 52 yaşlı mütəxəssislə 2019-cu ilin yayına kimi müqavilə bağlanıb.

 

Bundesliqanın 23 turundan sonra hesabında 24 xal olan “Volfsburq” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Tarix: 20 Fevral 19:12    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.