"Sumqayıt"da istirahət başa çatdı

Premyer Liqanın 16-cı turunda “Neftçi”ni məğlubiyyətə uğradan “Sumqayıt” 2 günlük istirahətin ardından məşqləri bərpa edib.

 

Sportinfo.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

 

Məşqin ilk yarısını fitness zalında hazırlaşan futbolçular ikinci yarıda meydançada toplu çalışmalar ediblər.

 

Bərpa prosesini tamamlayan Elnur Abdullayev artıq komandaya qoşulub. Bundan başqa əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıq prosesinə cəlb olunub. “Keşlə” – “Sumqayıt” qarşılaşması 25 fevral tarixində keçiriləcək.

 
Tarix: 20 Fevral 18:24    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.