"Sumqayıt”də müvəqqəti şef

Bu gün "Sumqayıt”ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sportitnfo.az klubun saytına istinadən xəbər verir ki, toplantıda sabiq prezident Kamran Quliyevə fəaliyyətinə görə təşəkkür olunub, ona gələcək işlərində uğurlar arzulanıb.

 

Klubun prezidentinin səlahiyyətlərinin icrası isə vitse-prezident Vaqif Ömərova tapşırılıb. O, "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədridi.


“Sumqayıt”dan şəxsi istəyi ilə ayrılan Kamran Quliyev isə bir neçə gün öncə “Neftçi”nin prezidenti təyin olunub. 

Tarix: 20 Fevral 16:24    Oxunub: 226    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.