Klaudio Markizio “Yuventus”dan ayrılıb, MLS-ə yollanır

"Yuventus”un yarımmüdafiəçisi Klaudio Markizio yayda komandanı tərk edə bilər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Goal” yayıb.

 

Xəbərdə 32 yaşlı futbolçunun mövsümün sonunda Turin klubundan ayrılaraq, MLS təmsilçilərindən birinə yollana biləcəyi qeyd edilib.

 

Markizionun “Yuve”ylə 2020-ci ilə kimi müqaviləsi var. Ancaq italyan futbolçunun son vaxtlar zədə səbəbindən komandada çox az şans qazanması onun yayda “ağ-qaralar”ı tərk etmək ehtimalını artırır.

 

“Qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri son oyunlarda mərkəzdə Stefano Sturaroya daha çox şans verir. Markizio İtaliya A seriyasının cari mövsümündə cəmi 10 oyunda şans qazanıb.

Tarix: 20 Fevral 17:00    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.