“Neftçi” “Xəzər Lənkəran”ı Bakıya gəlməyə peşman etdi - FOTO

“Neftçi”nin U-17 komandası növbəti qələbəsini qazanıb. 


Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi U-17 Liqasının 21-ci turunda “Xəzər Lənkəran”ın qapısından 6 cavabsız top keçirib.

 

Qolları Sadiq Ağazadə, Vüsal Məmmədov, Turan Əhmədov, Orxan Fərəcov və Yaqub Hüseynov vurub. Bir dəfə isə avtoqol qeydə alınıb. 

 

Müşviq qənbərovun çalışdırdığı kollektiv bu qələbədən sonra 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

Ümumiyyətlə, onun təyinatından sonra komanda keçirdiyi 5 oyunun 4-də qalib gəlib, birində isə “Səbail“lə 2:2 edib.

 

Tarix: 20 Fevral 09:36    Oxunub: 210    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.