Azərbaycanda ilk qazancı

“Keşlə” Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub. 

 

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XVI turunun “Kəpəz”lə Gəncədəki qarşılaşmasına təsadüf edən yubiley topunun müəllifi Fuad Bayramov olub.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadı.

 

300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər “Neftçi”, “Qarabağ” və “Kəpəz” bunu bacarıb. “Keşlə”nin səfərdəki məhsuldarlığı 1,20—yə bərabərdir.

 

“Keşlə” Bayramovun qolu 1:0 hesabı ilə qalib gəlib. 11 oyunluq qələbə həsrətinə son qoyan komanda indiki adı altında və yeni baş məşqçisi Yuri Maksimovla ilk dəfə 3 xal əldə edib.

 

Paytaxt klubu son qələbəsini 162 gün öncə 2017-ci il sentyabrın 9-da “Kəpəz”lə ev matçında qazanmışdı – 3:2. Bundan sonrakı 11 görüşdə 3 heç-heçəsi olan komanda 8 dəfə uduzub.

Tarix: 20 Fevral 09:24    Oxunub: 145    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.