Maksimovun "Keşlə"yə aldırdığı legionerlər Axundovu qəzəbləndirib!

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Azərbaycanda ilk qələbəsini Gəncədə qazandı.

 

Bu, Premyer Liqanın XVl turunda "Kəpəz"lə matçda 1:0 hesablı qələbəylə reallaşdı. 


Bununla da onun hazırkı komandasını cari çempionatda qələbə həsrətinə son qoyuldu. Belə ki, "Keşlə" TPL-də sonuncu dəfə meydanı qalib kimi hələ "İnter" adlananda ilk dövrədə tərk etmişdi.

 

Maraqlıdı ki, ötən ilin sentyabrın 9-da IV turda keçirilən həmin matçda da rəqib "Kəpəz" olub. Sadəcə, 3:2 hesablı həmin qələbə evdə "İnter Arena"da qazanılıb, onda rəqibin baş məşqçisi Yunis Hüseynov yox, Şahin Diniyev olub.

 

 

Bu da maraqlıdı ki, həmin oyunun 5-ci dəqiqəsində hesabı açmaqla qələbənin təməlini qoyan gənc yarımmüdafiəçi Fuad Bayramov bu dəfə də hesabı açıb, ancaq onun 51-ci dəqiqəsində vurduği qol oyunda yeganə və qələbə topu olub.


X turdan "Keşlə" kimi çıxış edən (onda da debütü məhz "Kəpəz"lə olub və oktyabrın 28-də "İnter Arena"da 0:2 hesablı məğlubiyyətlə nəticələnib) klub indiki adıyla milli çempionatımız tarixində ilk qələbəsini əldə edib. ncaq bu, o demək deyil ki, 4 ay müddətində rəsmi oyunda qalibiyyət olmayıb.

 

"Keşlə"nin bu adla ilk qələbəsi Azərbaycan Kubokunda Ramiz Məmmədovun baş məşqçi əvəzi olduğu dövrdə olub. Bəli, onda da rəqib "Kəpəz" idi. Ramiz Məmmədovun yetirmələri gəncəliləri evdə 2:0, səfərdə 3:2 hesabıyla məğlub edərək turnirin yarımfinalına çıxıb.

 

Beləliklə, "Keşlə"bu  çempionatda 12 oyunluq qələbəsiz seriyasına qon qoyub. TPL-də bu mövsüm 3-cü qələbəni görmək üçün 162 gün gözləmək lazım gəlib. Lakin belə görünür ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundov Maksimovun fəaliyyətindən narazı deyil.

 

O, "3-4 oyundan sonra lap dəqiq deyəcəm ki, bu baş məşqçidən razıyam, ya yox" açıqlamasınıı boş yerə verməyib. Komandanın fiziki durumunun aşağı olmasıyla yanaşı, alınan yeni futbolçuların, xüsusən legionerlərin səviyyəsi Axundovu qane etməyib.

 

Bizdəki məlumata görə, şura sədri bu haqda ukraynalı mütəxəssisə kəskin fikirlər söyləyib, onun gətirdiyi əcnəbilərin Azərbaycanda nəticə qazanmaq gücündə olmadığını bildirib. Bu məsələdə tərəflər arasında ciddi ayrılığı yaranıb.

 

Maksimov iradlarla razılaşmayıb və nəticələrə birbaşa özünün cavabdehlik daşıdığını xatırladıb. Bu isə Axundova «otval» vermək deməkdi.

 

Yəni ki, rəhbərsən, otur yerində, mənim işimə qarışma, mayda danışarıq. Hörmətli Zaur bəy ovaxtadək əsəblərinə hakim ola biləcəkmi? Maraqlı olan budu, qaranlıq olan da!

 

SPORTİNFO.AZ

Tarix: 20 Fevral 16:36    Oxunub: 566    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.