Azərbayca yığmalarının Kiyevdəki turnir üçün heyəti

Fevralın 23-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

 

Federasiyanın Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda hər 3 komanda çıxış edəcək.  

 

Hazırda Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışında olan qadın güləşi üzrə yığma komanda baş məşqçi əvəzi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında hazırlıqları davam etdirir.

 

Yığmanın 5 üzvü - Türkan Nəsirova (50 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və İrina Netreba (65 kq) turnirdə qüvvəsini sınayacaq.

 

Böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 15 sərbəst güləşçi - Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev, Kənan Əliyev (hamısı 86 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizə aparacaq. 

 

Baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədov isə 11 yunan-Roma güləşçisinə - Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 97 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək. 

 

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək. Proqrama əsasən, fevralın 23-də yunan-Roma güləşi üzrə 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq, sərbəst güləş üzrə 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və qadın güləşi üzrə 50 kq, 55 kq, 59 kq, 65 kq və 72 kq, fevralın 24-də isə 60 kq, 67 kq, 77 kq, 87 kq və 130 kq-da yunan-Roma, 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da sərbəst, 53 kq, 57 kq, 62 kq, 68 kq və 76 kq çəkili qadın güləşçilər yarışacaq.

Tarix: 20 Fevral 16:00    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.