Rəsmi təklif gəlsə, “Qarabağ” bu futbolçunu yola salacaq

19 yaşadək futbolçulardan ibarət millinin üzvü Turan Vəlizadə karyerasını Türkiyədə davam etdirəcək.

 

Bu barədə “Fotomaç” məlumat yayıb. Qəzetin yazdığına görə, 17 yaşlı yarımmüdafiəçi “Fənərbağça” ilə anlaşıb.

 

“Qarabağ”ın futbolçusu “sarı-lacivərdlilər”in bu ay aşağı yaş qrupuna cəlb etdiyi 8 oyunçudan biri olub.

 

Onunla yanaşı, Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyin, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də İstanbul nəhəngi akademiyasına transfer edib.


Lakin sosial şəbəkələrdə Ağdam klubunun onu İstanbul  nəhənginə transferinə mane olduğu müzakirə mövzusuna çevrilib. 


Bununla bağlı “Qarabağ”ın məbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a açıqlama verib. O bildirib ki, Turan “Fənərbacça”ya gedəcəyi halda Ağdam klubu ona mane olmayacaq:


“Turan ötən yay bizim komandaya “Fənərbağça”dan gəlib və əsasən 18 yaşlıların heyətində çıxış edib.

 

Hazırda isə əvəzedicilərin düşərgəsindədi və hər gün məşqə çıxır. “Fotomaç”ın bu məlumatı hardan əldə etməsi bizə məlum deyil. Lakin deyə bilərəm ki, xəbərin əsası yoxdu.

 

Turan Azərbaycan vətəndaşlığı daşıdığından və 18 yaşı tamam olmadığından, ötən il Türkiyə klubu ilə müqavilə bağlaya bilməmişdi. O. 10 aydan artıq müddətdə “Fənərbağça”da qalıb, sənədlərində problem olduğu üçün sonra geri qayıdıb.

 

Aramızdakı anlaşmaya görə, Turanın nə zaman ora getmək imkanı olsa, biz onu sərbəst buraxacağıq. İstanbul klubu bizə müraciət etməyib. Ona görə də Turanın Türkiyəyə dönrməsi gündəmdə yoxdu”.

Tarix: 20 Fevral 15:36    Oxunub: 508    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.