Millimizin intizamsız hücumçusunu bağışladılar!

Renat Dadaşovun çıxış etdiyi "Ayntraxt"ın 19 yaşadək futbolçulardan ibarət komandası Almaniya Gənclər Bundesliqasının cənub zonasında növbəti oyununu keçirib. 


Sportinfo.az xəbər verir ki, Frankfurt təmsilçisi XVIII tur çərçivəsində "Karlsrue"ni qəbul edib.


Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ayntraxt"ı qalibiyyətə daşıyan qola məhz Dadaşov imza atıb. Start heyətində yer alan Renat 89-cu dəqiqədə fərqlənib.


Aktivində 19 xal olan "Ayntraxt"ın U-19 komandası hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Yeni baş məşqçi Frank Let bildirib ki, intizamsız hərəkətlərinə baxmayaraq, millimizin hücumçusuna növbəti matçlarda şans verəcək: "Hamıda belə hadisələr oldu. Bəzən gəncləri bağışlamaq lazımdı. Mən Renatdan razıyam".


Almaniya mətbuatının məlumatına görə, gənc forvardın U-19 komandasının heyətində meydana çıxması və qol vurması ona olan inamı geri qaytarıb.


Əsas komandanın baş məşqçisi Niko Kovaç və meneceri Bruno Hübnerin canlı izlədiyi görüşdən sonra Leyxt hücumçumuzu tərifləyib:

 

“Renat da, digərləri də gənc futbolçulardı. Bəzən onları bağışlamaq lazım gəlir. Bu yaşda hər kəs səhv edə bilər. Şəxsən mən Renatdan razı qaldım. O, istədiyim kimi oyun keçirdi”.

 

Tarix: 20 Fevral 08:36    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.