AFFA rəsmisi "Sumqayıt"ın prezidenti olmayacağını açıqladı

«Bu söz-söhbəti birinci dəfə sizdən eşidirəm» - bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın seleksiya işləri üzrə baş əlaqələndiricisi Riad Rəfiyev deyib.


O, «Neftçi»yə yollanan Kamran Quliyevi «Sumqayıt»ın prezidenti postunda əvəzləyəcəyinə dair xəbərlərə münasibət bildirib.


Rəfiyev qeyd edib ki, bununla bağlı AFFA rəhbərliyi ilə heç bir söhbəti olmayıb: «İndi siz deyirsiz, mən də eşidirəm ki, haqqımda belə xəbərlər dolaşır.

 

Kökündən yanlışdı. AFFA-da belə bir müzakirə olmayıb. Hansısa klubda çalışmaq barədə düşünməmişəm.

 

Olmayan bir şey haqda niyə düşünüm ki? Buna vaxtım da yoxdu. Mən AFFA-nın əməkdaşıyam, fəaliyyətimi davam etdirəm və burda işlərim kifayət qədər çoxdu».

Tarix: 20 Fevral 15:00    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.