Prezident seçkiləri Premyer Liqa və kubokun təqvimini dəyişdirdi

Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib.

 

Sportinfo.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqa və Azərbaycan kubokunun təqvimindəki dəyişikliklərə milli komandamızın mart toplanışı və yoxlama görüşləri, həmçinin 11 aprel Prezident seçkiləri səbəb olub.

 

Çempionatın 19-cu turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi”  oyunları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə martın 10-da olacaq. 20-ci turun “Keşlə”- “Qəbələ” qarşılaşması martın 13-də, turun digər üç oyunu isə martın 14-də keçiriləcək.


Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də deyil, aprelin 12-də oynanılacaq. Həmçinin, Premyer Liqanın 23-cü turundakı “Zirə” – “Neftçi” görüşü aprelin 14-dən 15-nə keçirilib.

Tarix: 20 Fevral 13:24    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.