PSJ-nin qələbəsi "Monako"ya 180 milyon avro qazandırdı

PSJ-nin Fransa I Liqasının 26-cı turunda “Strasburq”u 5:2 hesabı ilə məğlub etməsi “Monako”ya 180 milyon avro qazandırıb.

 

Sportinfo.az xəbər verir ki, ötən tur keçirilən oyunda qazanılan qələbə ilə Paris təmsilçisinin yeni mövsümdə də yüksək liqada iştirak edəcəyi dəqiqləşib.

 

Bu isə "Monako"ya 180 milyon avro qazandırıb. Belə ki, mövsümün əvvəlində Kilian Mbappenin keçidi ilə bağlı “Monako” ilə PSJ arasında bağlanmış müqavilədə Paris klubu ölkə çempionatının növbəti mövsümündə iştirak edəcəyi təqdirdə, Mbappeni 180 milyon avro ödəyərək transfer edəcək” - bəndi yer alıb.

 

Paris təmsilçisinin “Strasburq” üzərindəki qələbəsi ilə klubun növbəti mövsümdə də yüksək liqada mübarizə aparacağı dəqiqləşib.

 

Bununla da, PSJ mövsümün sonu 180 milyon avro ödəyərək Mbappeni birdəfəlik alacaq. Mbappe bu mövsüm icarə əsasın Paris təmsilçisində çıxış edir.

Tarix: 20 Fevral 13:00    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.