Görün, Azərbaycan klubuna kimi prezident qoymaq istəyirlər!

AFFA-nın seleksiya işləri üzrə baş əlaqələndiricisi Riad Rəfiyev «Sumqayıt»ın prezidenti təyin oluna bilər.

 

Bu barədjə Sportinfo.az-a məlumat federasiyaya yaxın mənbələrdən daxil olub.

 

Redaksiyamıza bildirildiyinə görə, qurum rəhbərliyi miillidəki son dəyişiklər səbəbindən Rəfiyevin burda bir perspektivini görmür və Kamran Quliyevdən boşalan vəzifəyə təyin etmək istəyir.

 

Konkretləşdirsək, bu fikir baş katib Elxan Məmmədova məxsusdu. Ancaq o, bu məsələdə təkbaşına. Daha doğrusu, özbaşına qərar vermək niyyətində deyil. Məmmədov seçimi Rövnəq Abdullayevlə məsləhətləşib, yoluna qoymaq fikrindədi. 


Ya bu gün, ya da sabah «Sumqayıt» yeni prezidentini tanımalıdı. Baş menecer Ceyhun Sultanovun burda qalmayacağı dəqiqdi, vitse-prezident Vaqif Ömərovun isə 67 yaşı var.

 

Təyinatın kənardan ediləcəyi birmənalıdı.Çünki «Azərikimya»nın sədri Muxtar Babayev bugünədək hər hansı nammzədini irəli sürməyib.

 

Son anadək güman olunurdu ki, Zaur Hacı-Məhərrəmov gətiriləcək. AFFA-nın texniki direktoru Bernard Lippertin keçmiş müavini reputasiyası ilə bağlı fikirlər birmənalı deyil, ona görə federasiya rəhbərliyi Zaur bəyi qardaşının inzibatçı işlədiyi kluba prezident göndərməyə tərəddüd edir. 

Tarix: 20 Fevral 12:36    Oxunub: 984    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.