"Burda böhran "Barselona"ya məğlubiyyətdən sonra başladı"

"Milan"ın əvvəllər "Yuventus"da çıxış etmiş müdafiəçisi Leonardo Bonuççi turinlilərin düşərgəsində onun komandadan getməsi ilə nəticələnən dövrün başlamasından danışıb.

 

Sportinfo.az xəbər verir ki, futbolçunun fikirlərini "Mediaset Premium" nəşrinə istinadən "Football Italia" dərc edib.

 

"Yuventus"da böhran Berlində "Barselona"ya məğlubiyyətdən sonra başladı. Biz bir-birimizə kömək etməməyə başladıq", — deyə Bonuççi bildirib.

 

Çempionlar Liqası-2014/15-in finalında "Yuventus" "Barselona"ya 1:3 hesabı ilə məğlub olub. Bonuççi "Milan"a ötən yay, turinlilərin ÇL-in finalında daha bir məğlubiyyətindən ("Real" ilə oyunda 1:4) sonra keçib.

Tarix: 20 Fevral 12:12    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.