Futbolçumuz “Fənərbağça”da

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Qarabağ”ın U-19 komandasının üzvü Turan Vəlizadə karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, “Fənərbağça” gənc futbolçunu aşağı yaş qrupu üzrə komandalarına cəlb edib.

 

Bu barədə Türkiyə mətbuatı məlumatı yayıb. “Sarı-lacivərdlilər” həmyerlimizdən başqa, “Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyn, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də heyətinə cəlb edib.

 

“Əlincə”nin yetirməsi olan Turan 2015-2016-cı illər aralığında “Fənərbağça”da çıxış edib.

 

İstanbul klubu həmyerlimizin xidmətində maraqlı olsa da, vətəndaşlıqla bağlı problemə görə geri qayıtmalı olmuşdu. Vəlizadə həmin vaxtdan “Qarabağ”ın aşağı yaş qrupunda çıxış edirdi.

Tarix: 20 Fevral 11:48    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.